MİDA bugünkü mənzil satışı ilə bağlı statistika açıqlayıb

Xəbərlər

30.03.2022 - 20:07

Həkimlər Klinikalar SEO Xidməti

Satış 11:00-da başlayıb və qısa müddətdə başa çatıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.

AYNA-nın məlumatına görə, qurum bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.

Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş