Meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edildi

Dünya

24.07.2022 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət“ elan edib.

AYNA xarici mediaya istinadən bildirir ki, beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini bildirib.

Koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, bu dəyərləndirmə üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır.

Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığını gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.

Qebreyesus bildirib ki, indiyədək dünyanın 50-dan artıq ölkəsində meymunçiçəyinə yoluxanların hallarının sayı 16 mini ötüb. Bu ölkələrin əksəriyyətində əvvəllər meymunçiçəyinə yoluxma hallarına praktiki olaraq rast gəlinməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş