Metroda qatarda nasazlıq yaranıb

Xəbərlər

19.05.2022 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

"Ulduz" stansiyasında sərnişinlər düşürülüb

Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb. AYNA xəbər verir ki, bu barədə APA-ya "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, nasazlıqla bağlı "Ulduz" stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Məlumata görə, ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş