Metroda qadının cibindən mobil telefon oğurlanıb

Xəbərlər

11.06.2022 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini saxlanılıb

Metropolitendə polis şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı polis şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş