İnzibati qayda pozanlara cəza protokolu tərtib olunmayıb
Polis Bakı metrosunda kütləvi maarifləndirmə tədbirləri keçirib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Facebook”da yazıb.
Rəis bildirib ki, inzibati qayda pozanlara cəza protokolu tərtib olunmayıb: “Metropolitendə polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tərəfindən tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub”.