Messinin dublu “İnter Mayami”yə qələbə qazandırdı

İdman

15.09.2024 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

MLS-in adi mövsüm matçında "İnter Mayami" "Filadelfiya Union"ı məğlub edib

MLS-in adi mövsüm matçında "İnter Mayami" "Filadelfiya Union"ı məğlub edib. AYNA xarici mediaya istinadən bildirir ki, görüş 3:1 hesabı ilə başa çatıb.

“İnter Mayami”nin dublunu iyulun 14-də Amerika Kubokunun finalında aldığı zədədən sağaldıqdan bir neçə həftə sonra meydana qayıdan argentinalı hücumçu Lionel Messi vurub. Hücumçu oyunun 26 və 30-cu dəqiqələrində fərqlənib. Qalibiyyət qolunu isə Luis Suares vurub.  “Filadelfiya Union”un yeganə qolunu isə Mikael Ure vurub.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən “İnter Mayami”yə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş