Messi PSJ ilə müqavilə imzalayacaq

İdman

10.08.2021 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

“Barselona”dan ayrılan 34 yaşlı superulduz Paris təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb

 

Lionel Messi PSJ ilə hərtərəfli anlaşıb. AYNA Apasport.az-a istinadən  xəbər verir ki, bu iddia ilə italiyalı jurnalist Fabritsio Romano çıxış edib.

 

Onun sözlərinə görə, “Barselona”dan ayrılan 34 yaşlı superulduz Paris təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Argentina millisinin kapitanının illik məvacibi 35 milyon avro təşkil edəcək. Futbolçunun yaxın saatlarda Parisə yollanması gözlənilir.

 

Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti bitdiyi üçün PSJ-yə azad agent kimi keçir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş