Yanğınlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir
"Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib".
AYNA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.
"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik", - nazir müavini deyib.