Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

İqtisadiyyat

22.01.2025 - 10:36

Həkimlər Klinikalar SEO Xidməti

Faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz saxlanılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% həddində saxlanılması barədə qərar qəbul edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - deyə qeyd olunub.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş