Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır

Dünya

27.09.2023 - 21:23

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 250 ABŞ dolları ödəniş ediləcək

Mərakeşdə zəlzələdən ölənlərin sayı 2 960-a yüksəlib. AYNA “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Mustafa Baytas Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

Ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif payçılar arasında koordinasiya əsasında aparıldığını qeyd edən mətbuat katibi hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini deyib.

Sözçüsünün dediyinə görə, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2 500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.

Xatırladaq ki, daha öncə krallığın Daxili İşlər Nazirliyi təbii fəlakətdən 2 946 nəfərin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 7-də yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

 

Müəllif: Ayna.az