Xəsarət alan üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib
Mərakeşin hava limanlarından birində təyyarə uğursuz eniş edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təyyarə eniş zamanı uçuş zolağından çıxıb və xəsarət alan üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib.
Təyyarədə sərnişinlərin olub-olmadığı barədə məlumat yoxdur. Lakin itkilərin olmadığı iddia edilir. Hadisənin səbəbləri məlum deyil.