Mənzillərin sənədləşdirilməsi prosesi apreldə yekunlaşacaq

Cəmiyyət

16.01.2020 - 15:07

Rüstəm Şahbazov: “Komissiyaların işləri tamamlandıdan sonra müvafiq hesabat ictimaiyyətə təqdim olunacaq”

 

“Ölkə rəhbərinin sənədsiz evlərlə, daşınmaz əmlakla bağlı təsdiq etdiyi tədbirlər planına əsasən yaradılmış komissiya öz işini davam etdirir. Bir neçə dövlət qurumunun və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiyalar Bakı şəhəri və paytaxtətrafı ərazilərdə 163 min daşınmaz əmlakla bağlı araşdırmasını yekunlaşdırıb. Respublikanın 57 rayon və şəhərində aparılan işlərin nəticəsi olaraq 74600 daşınmaz əmlak yerli komissiyalar tərəfindən araşdırılıb”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib. Onun sözlərinə görə, komissiyaların işləri tamamlandıdan sonra müvafiq hesabat ictimaiyyətə təqdim olunacaq: “Komissiyanın işi bu ilin aprelində yekunlaşacaq”.

Müəllif: Ayna.az