Mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

02.05.2023 - 17:27

cedabet dərman SEO Xidməti

114 min manatdan çox dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib

Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə Rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan çox dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş