“Mən hələ Markuleştdən Ermənistana silah daşınmasını demirəm...” - <font color=red> Aurelia Qriqoriu</font>

Siyasət

05.02.2021 - 10:22

Moldova İP-nin rəhbəri: “Maya Sandunun prezidentliyi dövründə ölkələrimiz arasında səmimi dostluq münasibətləri qurmaq üçün real fürsət var”

 

Moldova İctimai Palatasının prezidenti Aurelia Qriqoriu AYNA-ya müsahibəsində ölkələrimiz arasındakı münasibətlər, İkinci Qarabağ müharibəsi və digər mətləblərdən danışıb. Beləliklə:

 

- Sizcə, keçən il baş verən hadisələrdən dolayı, Azərbaycan-Moldova münasibətlərində nələrə diqqət çəkmək olar?

 

- Ötən il ölkələrimiz üçün hər baxımdan çətin oldu. 2020-ci il müasir tarixə Azərbaycanın ərazi bütövlüyünün bərpası, ədalətin bərpası, Azərbaycan Silahlı Qüvvələrinin təntənəsi ili kimi düşdü. Moldova üçün bu, Prezident seçkiləri ili, siyasi qüvvələrin yerdəyişməsində dəyişikliklərin başlandığı ildir. Dünyada 2020-ci il COVID-19 pandemiyası və görünməmiş məhdudlaşdırıcı tədbirlərin yayılması ilə əlamətdar oldu. Dünyada, ölkəmizdə və Azərbaycanda baş verən bu cür təlatümlü hadisələrlə əlaqədar olaraq, ölkələrimiz arasındakı münasibətlər son zamanlarda, zənnimcə, bir növ status-kvo qazandı. Moldovanın işğal olunmuş ərazilərlə oxşar probleminə baxmayaraq, ölkəmizin əvvəlki rəhbərliyi Azərbaycanın qələbələrinə sevinməyə tələsmədi və üstəlik, bildiyim qədər, heç vaxt Azərbaycan xalqını və ölkənizin rəhbərliyini azadlıq müharibəsində qələbə münasibətilə təbrik etmədi.

 

Hələ mən Moldovanın Markuleşt hava limanı vasitəsi ilə Ermənistan ordusuna silah tədarükü barədə danışmıram. Keçmiş Prezident İqor Dodonun ətrafında etnik erməni olan Ernest Vardanyan kimi adam xarici siyasət məsələlərində müşavirdirsə, Moldovanın deyil, Ermənistanın maraqlarını fəal və açıq şəkildə təbliğ edirsə, ölkəmizdən sizə qarşı hansı münasibətlərin olacağını gözləmək olardı. Dodon özü də açıq şəkildə Ermənistana heyran qaldığını və dəfələrlə Moldovanın bu ölkədən öyrənəcəyi çox şey olduğunu vurğulayırdı. Amma tam olaraq nəyi - faşizmin təriflənməsi, təcavüzkarlıq, qonşu bir dövlətin ərazilərinin işğalı, yoxsa azərbaycanlılara və son zamanlarda öz xalqlarına qarşı həyata keçirilən soyqırımı – örənməyimizi aydınlaşdırmağa vaxtları olmadı. Dodonun ölkənin Prezidenti olduğu dövrdə Moldovanın ən yaxın qonşuları ilə “dalaşması”, beynəlxalq münasibətlərin praktik olaraq inkişaf etməməsi və Dodonun yalnız Rusiya və Ermənistana rəsmi səfərlər etməsi təəccüblü deyil.

Картинки по запросу "Aurelia Qriqoriu"

- Ölkələrimiz arasındakı münasibətlərin inkişafı baxımından bu ildən nə gözləyirsiniz?

 

- Maya Sandunun prezident seçkilərindəki qələbəsi ilə ölkələrimiz arasında həqiqətən səmimi dostluq münasibətləri qurmaq üçün real bir fürsət var. Birincisi, hazırkı Prezidentimiz, Moldovanın ilk qadın Prezidenti, seçki kampaniyası dövründə Silahlı Qüvvələrinizin qələbələrindən sevincini gizlətmədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bildirdi. İkincisi, Maya Sandunun seçkiqabağı vədlərindən biri də Azərbaycan təcrübəsinə marağını gizlətmədən, ilk növbədə Dnestryanı münaqişənin həlli ilə məşğul olmaq əzmidir. Şübhəsiz ki, ölkələrimizdəki illər ərzində münaqişələrin keyfiyyəti və onların həlli üçün yanaşma səviyyəsi fərqli olmasına baxmayaraq, ölkələrimizin liderləri, ordularının qoşunlarının baş komandanı olaraq, fikir mübadiləsi və təcrübə mübadiləsi üçün ortaq mövzular var.

 

- Başqa sözlə, ölkələrimiz arasındakı münasibətlər həmişə eyni yüksək səviyyədə deyildi və müəyyən bir tsiklik xarakter daşıyırdı?

 

- Azərbaycan bu gün əhəmiyyətli beynəlxalq nüfuza, güclü orduya və müasir silahlara sahib bir dövlətdir. Azərbaycanın beynəlxalq nüfuzu ümummilli lideriniz Heydər Əliyev tərəfindən qoyulmuş təməllər və Prezident İlham Əliyevin səriştəli, ardıcıl və düşünülmüş xarici siyasəti, Xarici İşlər Nazirliyinin koordinasiyalı və keyfiyyətli işi sayəsində yaradıldı. Müstəqilliyin elan edilməsindən bəri və sonrakı 20 ildə ölkələrimiz arasında Avropa Təhlükəsizlik Şurasında və digər nüfuzlu beynəlxalq strukturlarda Dağlıq Qarabağ məsələləri ilə bağlı səsvermə proseslərində öz təsdiqini tapan dostluq münasibətlərinin fəal şəkildə formalaşması baş verdi. Dostluq münasibətlərinin zirvəsi, mənim fikrimcə, Prezident Pyotr Luçinski (1997-2001) və Prezident Vladimir Voroninin (2001-2009) hakimiyyətdə olduğu illərdəki fəaliyyət dövrlərinə təsadüf etdi. Sonra, münasibətlərdə müəyyən bir düşüş oldu, lakin Nikolay Timoftinin ölkə Prezidentinin səlahiyyətlərini icra etdiyi dövrdə Azərbaycan diasporunun da səyləri ilə dostluq əlaqələri inkişaf üçün yeni bir təkan qazandı. Amma İqor Dodonun gəlişi zamanı yalnız dostluğun illüziyası yaradılırdı.

 

- Bu mövzuya toxundunuz. Moldovadakı Azərbaycan diasporunun ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində rolu nədən ibarətdir?

 

- Dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin formalaşmasında və inkişafında mühüm rol son 15 ildə Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə aiddir. Vüqar Şahmaroviç Novruzovun həm Moldovadakı azərbaycanlıların diaspor təşkilatının inkişafına və formalaşmasına, həm də xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin formalaşmasına və inkişafına şəxsi töhfəsini qiymətləndirmək çətindir. Bu dövrdə diaspor, Etnik Cəmiyyətlərin Koordinasiya Şurasında əhəmiyyətli dərəcədə nüfüz qazanmış, qurumun rəhbərliyində və Moldova cəmiyyətində haqlı olaraq nüfuzlu bir yer tutmuşdu. Moldovadakı diasporun dəstəyi və hesabına Azərbaycan həqiqətləri haqqında doğru məlumatları təbliğ etmək üçün bir çox mədəni, elmi və vətənpərvərlik tədbirləri keçirildi. Bütün tədbirlər yüksək təşkilati və layiqli səviyyədə keçirildi. 20 yanvar 1990-cı ildə Bakıdakı hadisələrə həsr olunmuş Azərbaycan Respublikasının Moldovadakı səfirliyi ilə birgə keçirilmiş bir çox tədbir, Xocalı faciəsinə həsr olunmuş elmi-praktik konfranslar, “dəyirmi masa”lar və bir çox digər tədbirlər diasporunuzun ölkədəki əhali arasında ən nüfuzlu təşkilatlardan biri halına gəlməyə imkan verdi. Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti Moldova rəhbərliyi tərəfindən dəfələrlə qeyd olunun və lideri Vüqar Novruzov haqlı olaraq həm Moldova Respublikasının, həm də Azərbaycan Respublikasının yüksək dövlət mükafatları ilə təltif edilib. Ümid edirəm, yeni diaspor rəhbərliyi diasporun nüfuzunun yüksək səviyyəsini qoruyub saxlayacaq və Konqres fəaliyyətinə şərəflə davam edəcək.

 

- Moldovanın erməni diasporu nə qədər nüfuzludur və Bakı ilə Kişinyov arasındakı münasibətlərə mənfi təsir göstərməyə qadirdirmi?

 

- Son vaxtlara qədər erməni diasporunu kifayət qədər nüfuzlu adlandırmaq olardı. Erməni diasporunun nümayəndələri mövcud daxili fikir ayrılıqlarına baxmayaraq, problemlərinin geniş ictimaiyyətə çıxmasına imkan vermirlər, konkret bir problemi həll edərkən vahid bir cəbhə rolunu oynayırlar, şəxsi maraqlarını ümumi bir məqsədə çatmaqdan ötrü kənara qoyurlar.

 

Moldovadakı erməni icmasının lideri, keçmiş Prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasından Moldova Parlamentinin üzvü Hayk (həm də Stenli) Vartanyandır. Əlbəttə ki, ölkə Prezidenti dəyişdikdən sonra erməni diasporunun işində dövlət inzibati resursunun payı azalıb, amma yenə də kifayət qədər yüksək olaraq qalır. Unutmaq lazım deyil ki, ölkəmiz parlamentli respublikadır və bu gün Moldova Parlamentində Dodonun ölkənin əsas qanunverici orqanında müəyyən dərəcədə nəzarəti saxlamasına imkan verən belə bir situasiya koalisiyası mövcuddur. Paytaxtın meri 2012-ci ildən bəri Moldova Respublikası Sosialistlər Partiyasının İdeologiya üzrə katibi İon Çeban olduğunu, həyat yoldaşının Tatyana Şaulyan olduğunu unutmayaq. Yəni, belə vəziyyətdə bu strukturun diaspora təsiri barədə şərhlər lazımsızdır.

Müəllif: Əkbər Həsənov