Moskvada nələr müzakirə olunacaq?

Siyasət

05.03.2020 - 15:21

Türkiyə Prezidentinin xüsusi təyyarəsi Rusiya paytaxtına eniş edib

 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. AYNA xəbər verir ki, dünyanın diqqət mərkəzində olan görüşdə bir neçə mövzu müzakirə olunacaq.

 

Görüşün əsas mövzuları İdlibdəki vəziyyət, M-4 və M-5 avtomobil yollarına nəzarət, İdlib şəhər mərkəzinin taleyi və bölgədəki terror təşkilatları, eləcə də Suriya ordusunun İdlibə müdaxilələri ilə bağlı olacaq.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin xüsusi təyyarəsi artıq Moskvaya eniş edib. Lakin görüşün hansı vaxtda keçiriləcəyi barədə hələlik məlumat verilməyib.

Müəllif: Ayna.az