“BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz”
Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə, Hərəkata sədrlik 3 il müddətinə Azərbaycana keçib. İlham Əliyev qurumun sədri seçilib.
Bununla yanaşı, sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də nəzərdə tutulub.
Zirvə Görüşünü AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, Qoşulmama Hərəkatı 3-cü yolu seçmiş ölkələrdir: ““Soyuq müharibə” dövründə kapitalizm və sosializm tərəfdarı olmayan ölkələr bu hərəkatı yaratdı. Baxmayaraq ki, “soyuq müharibə” dövrü başa çatıb, bu hərəkat indi də dünya siyasətində öz mövcudluğunu qoruyub saxlayır”.
Mərahim Nəsib