Məktəblərdə “Son zəng” keçiriləcək

Xəbərlər

09.06.2022 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş