Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Xəbərlər

05.08.2022 - 15:57

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq

Bugündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb.

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Müəllif: Ayna.az