Mehriban Əliyevadan Pasxa bayramı ilə bağlı paylaşım

Xəbərlər

05.05.2024 - 13:18

“Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!”

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.

AYNA xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!” - deyə paylaşımda bildirilib.

Müəllif: Ayna.az