Məhərrəm İbrahimovla Sirac Abışovun şəhadətindən 1 il ötür

Xəbərlər

04.06.2022 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmalarının ildönümüdür

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür.

AYNA xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, o cümlədən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Məhərrəm İbrahimov və Sirac Abışovu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş