Medvedev: "Zelenski üçün dünyanın sonudur"

Dünya

03.05.2022 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

"Ukrayna Prezidentinin sülh müqaviləsinə ehtiyacı yoxdur"

"Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh müqaviləsinə ehtiyacı yoxdur. Onun üçün dünyanın sonudur". AYNA xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev öz "Telegram" kanalında yazıb.

Medvedev hesab edir ki, sülh müqaviləsi bağlandıqdan sonra Zelenskiyə ya Rusiya ilə sülhə razılaşdığı üçün "nasistlər tərəfindən sui-qəsd təşkil ediləcək, onu asacaqlar", ya da Ukraynadakı rəqibləri onu müharibədə uduzduğuna görə vəzifəsindən uzaqlaşdıracaqlar.

Bundan əvvəl Medvedev bildirmişdi ki, Rusiya Qərb dövlətləri tərəfindən Rusiya vətəndaşlarına edilən zülm və təhqirlərə cavab verəcək. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş