MDB Baş katibi Azərbaycanın Baş nazirini təbrik edib

Siyasət

21.02.2024 - 19:34

Lebedev: "Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək"

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli Əli Hidayət oğlu!

Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək.

Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbüslərin icrasında uğurlar arzulayıram".

Müəllif: Ayna.az