Biznesmen "ABŞ-ın NATO və BMT-dən çıxmasının vaxtıdır" yazısını yenidən dərc edib və “razıyam" yazıb
ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ABŞ-ın BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib. AYNA.AZ xəbər verir ki, biznesmen siyasi fəal Hunter İqlemanın "ABŞ-ın NATO və BMT-dən çıxmasının vaxtıdır" yazısını yenidən dərc edib.
"Razıyam", deyə Mask yazını şərh edib.
Bundan əvvəl ABŞ-ın respublikaçı senatoru Mayk Li ABŞ-ın BMT-dən çıxarılması və ona maliyyə yardımının dayandırılması təşəbbüsünün Senatda irəli sürüldüyünü açıqlamışdı. Söhbət ABŞ-ın BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, bura həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsini dayandırması daxildir. Bundan əlavə, təşəbbüs BMT-yə Nyu-Yorkda rəsmi qərargahına sahib olmaq hüququnu verən sazişin ləğvini nəzərdə tutur. Həmçinin BMT əməkdaşlarını ABŞ-da diplomatik toxunulmazlıqdan məhrum edəcək.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Hələ prezident seçilməmişdən əvvəl avropalı tərəfdaşlar öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti öz üzərinə götürməsələr, ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaqla hədələmişdi.