Milyarder Trampın komandasındakı postu barədə şərh verib
“ABŞ-da bürokratiya təhlükə altındadır”. AYNA xəbər verir ki, bu sözləri “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yeni təyinatını şərh edərkən yazıb.
“Demokratiya üçün təhlükə varmı? Xeyr, təhlükə bürokratiyadır”, - Mask vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb. Onlar çalışacaqlar ki, yeni administrasiya “bürokratiyadan qurtulsun, həddindən artıq tənzimləmə azalsın, israfçı xərclər azaldıldın və federal agentliklər yenidən strukturlaşdırılsın”.