Masallıda meşə massivində yanğın baş verib

Xəbərlər

03.08.2023 - 18:49

cedabet dərman SEO Xidməti

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Masallı rayonunun Yeyənkənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş