Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb

Xəbərlər

09.08.2022 - 05:19

Həkimlər Klinikalar SEO Xidməti

Uşaq quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş