"Marsel" klubunun yeni baş məşqçisi bəlli olub

İdman

05.07.2022 - 01:47

Həkimlər Klinikalar SEO Xidməti

Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi

Fransa "Marsel"inin yeni baş məşqçisi bəlli olub. AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İqor Tüdora tapşırılıb. Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

44 yaşlı baş məşqçi bu vəzifədə 3 gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəzləyib.

Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi. "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib - 3:1;3:0.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş