Marketdə saxta spirtli içkilər aşkarlanıb

Xəbərlər

18.04.2025 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş