Mariupolda teatr binası raketlə vuruldu: binadakıların hamısı sağ qalıb

Dünya

17.03.2022 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: "Müharibənin 22-ci gününün səhərində Mariupoldan yaxşı xəbərlər var"

Ukraynanın Mariupol çəhərindəki dram teatrının binasına Rusiya tərəfindən raket atılıb. AYNA UNİAN-a istinadən bildirir ki, teatr binsına sığınan insanların hamısı bombardman zamanı sağ qalıblar.

Ukrayna Ali Radasının deputatı Sergey Taruta “Facebook” hesabındakı paylaşımında bildirib ki, teatr binası aviasiya bombasına tab gətirib və nəticədə sığınacaqdakı insanlar sağ qalıblar: “Qeyri-müəyyənliklə dolu dəhşətli gecədən sonra, nəhayət müharibənin 22-ci gününün səhərində Mariupoldan yaxşı xəbərlər var. Sığınacaqdakı insanlar sağdırlar”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş