Maliyyə-İqtisad Kolleci tələbə qəbulu elan edib

Xəbərlər

11.08.2023 - 16:04

cedabet dərman SEO Xidməti

Abituriyentlər elektron qaydada qeydiyyatdan keçməlidirlər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kolleci 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu elan edir.

UNEC-dən AYNA-ya bildirilib ki, qeydiyyat onlayn qaydada https://portal.edu.az/ platforması vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə https://portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş