Fransa Prezidentinin səfəri sentyabrın 9-10-a nəzərdə tutulur
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd olunub ki, səfər sentyabrın 9-10-a nəzərdə tutulur.
Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.