Makron ona vurulan şillədən danışıb

Dünya

09.06.2021 - 01:03

Həkimlər Klinikalar SEO Xidməti

Fransa Prezidenti: "Məni heç nə dayandıra bilməz"

 

Fransa Prezidenti Emmanuel Makron şillə məsələsini böyütməməyə çağırıb və fransızlarla görüşməyə davam edəcəyini deyib.

 

AYNA xəbər verir ki, bu barədə “Dauphine” nəşri yazıb. Fransa dövlət başçısı qeyd edib ki, həmin hadisədən sonra onda heç bir qorxu hissi yaranmayıb:

 

“Mən həmin adamın yanında dayanan insanlarla salamlaşmağa, onlarla şəkil çəkdirməyə davam etdim. Mən davam etdim və edəcəyəm. Məni heç nə dayandıra bilməz”.

 

Makron hər şeyin qaydasında olduğunu deyib və hamını həmin hadisəyə az əhəmiyyət verməyə çağırıb:

 

“Fransızların əksəriyyəti dərin məsələlərlə  maraqlanır. Nümayişlərdə iştirak edən təcavüzkar şəxslər ictimai müzakirələri ələ keçirməyə çalışırlar: onlar buna layiq deyillər. Bu məsələ çoxlarının həyatına təsir edən digər vacib mövzuları kölgədə qoymamalıdır”.

 

Xatırladaq ki, Makron Ten-d'Ermitaj kommunasında vətəndaşlarla görüşərkən kütlənin arasından bir nəfər ona şillə vurub. Makronun cangüdənləri dərhal hərəkətə keçib. Prezidentə şillə vuran və baş verənləri videoya çəkən şəxs saxlanılıb. Hazırda hər ikisi dindirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş