Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səslərin 80 faizini hesablanıb. Nəticəyə əsasən, ölkənin hazırkı Prezidenti Emmanuel Makron səslərin 27,31 faizini toplayıb.
Ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə seçici səslərinin 25,70 fazini əldə edə bilib.
Bununla yanaşı, Jan-Lük Melanşon seçicilərin 19 faiz səsini toplaya bilib.
Qeyd edək ki, Fransada seçkilərin ikinci tura qalacağı gözlənilir.