Magistraturaya sənəd qəbulu başa çatıb

Xəbərlər

11.02.2022 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

Ərizəsini təsdiq edən bakalavrların sayı 17093 olub

2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, fevralın 1-dən başlayan sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 17093 olub, onlardan 15649-sı Azərbaycan, 1444-ü rus bölməsindəndir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş