Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Xəbərlər

11.06.2020 - 12:11

cedabet dərman SEO Xidməti

1800-dən çox bakalavr ərizəsini təsdiqlədib

 

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, bu gün saat 11:50-yə olan məlumata görə, 1844 nəfər (Azərbaycan bölməsi - 1695; rus bölməsi – 149) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş