Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Xəbərlər

03.08.2022 - 22:49

cedabet dərman SEO Xidməti

Baş nazir qərar imzalayıb

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişiklik olunub.

AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergu hüququ” ixtisaslaşması əlavə olunub.

Qeyd olunub ki, mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş