Ümumilikdə 1848 bakalavr ərizəsini təsdiq edib
2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə sənəd qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, ümumilikdə 1848 bakalavr ərizəsini təsdiq edib.
Azərbaycan bölməsi üzrə sənəd verənləri sayı 1767, rus bölməsi üzrə isə 81 nəfərdir.