Mağazalardan silsilə oğurluq edilib

Xəbərlər

18.02.2025 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs əvvəllər də bu əməli törətdiyinə görə məhkumluq yaşayıb

Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır. B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş