“Madlen” gəmisi İsrailin Aşdod limanına aparılıb

Dünya

10.06.2025 - 12:25

cedabet dərman SEO Xidməti

"Selfi yaxtasının" sərnişinləri İsraili tərk edərək vətənə qayıtmaq üçün Ben Qurion hava limanına gəliblər

Qəzza zolağına gedən isveçli ətraf mühit fəalı Qreta Tunberq və digər fələstin tərəfdarları olan “Madlen” gəmisi İsrail hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qüvvələri tərəfindən İsrailin Aşdod limanına aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

Bildirilib ki, fəalların özləri saxlanılıb və deportasiya olunacaqlar.

“"Selfi yaxtasının" sərnişinləri İsraili tərk edərək vətənə qayıtmaq üçün Ben Qurion hava limanına gəliblər. "Selfi yaxtası"nın sərnişinlərindən bəzilərinin yaxın bir neçə saat ərzində ölkəni tərk etməsi gözlənilir", - deyə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik xəbərdarlıq edib ki, “deportasiya sənədlərini imzalamaqdan imtina edənlər və İsraili tərk edənlər, İsrail qanunlarına uyğun olaraq, onların deportasiyası üçün icazə verəcək ədliyyə orqanının qarşısına çıxacaqlar”.

“The Times of Israel” yazıb ki, limana çatdıqdan sonra bütün sərnişinlər tibbi müayinədən keçiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş