Moskva vilayətinə dron zərbəsi endirilib

Dünya

18.07.2026 - 11:56

26 nəfər xəsarət alıb

Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, xəsarət alanlar var. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib.

Bildirib ki, Ukrayna ordusunun Moskva vilayətindəki Elektrostal və Noqinsk şəhərlərinə hücumları nəticəsində 26 nəfər xəsarət alıb.

Qubernator Noqinskdəki neft anbarında və Elektrostaldakı “Wildberries” anbarında yanğınların baş verdiyini təsdiqləyib.

Onun sözlərinə görə, hər iki obyektə Ukrayna dronları düşüb və nəticədə yanğın başlayıb.

“Təhlükəsizlik məqsədilə hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə edilib. Bütün xəstələr və işçilər dərhal digər tibb müəssisələrinə köçürülüb”, - Andrey Vorobyov qeyd edib.

O Noqinskdə 2 nəfərin, Elektrostalda isə daha 24 nəfərin yaralandığını vurğulayıb.

“Moskva vilayətində bir gecədə 48 Ukrayna dronu vurulub”, - deyə qubernator əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş