Respondentlərin 52 faizi Polşanın ukraynalı qaçqınları qəbul etməməli olduğunu düşünür
Polşa sakinlərinin əksəriyyəti ilk dəfə olaraq Ukraynadan qaçqınları qəbul etməyə qarşı çıxıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə CBOS laboratoriyasının sosioloji tədqiqatının nəticələrində qeyd edilib.
2022-ci ildən bəri CBOS-un müntəzəm rəy sorğularında polyakların əksəriyyəti Ukrayna qaçqınlarının ölkələrinə davamlı axınını dəstəkləyib.
Hazırda respondentlərin 52 faizi Polşanın ukraynalı qaçqınları qəbul etməməli olduğunu düşünür. Bundan əlavə, respondentlərin 54 faizi ukraynalılara göstərilən yardımın çox böyük, yalnız 3 faizi bunun çox az olduğunu düşünür.
Qeyd edək ki, Polşa Ukraynadan olan rəsmi işsiz qaçqınlar üçün uşaq müavinətlərini ləğv edib. Ukrayna vətəndaşlarına yardım haqqında qanuna edilən son düzəlişə əsasən, uşaq baxımı müavinətlərindən istifadə hüququ valideynlərin məşğulluq statusundan asılıdır. Ödəniş qaydalarındakı dəyişiklik Ukraynadan olan təxminən 150.000 uşağa təsir göstərir.