Küləklə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

18.07.2026 - 21:53

İki gün güclü külək əsəcək

İyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan, Gəncədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş