“Sabah birgə iqtisadi komitə, biznes forum və enerji məsələləri ilə bağlı danışıqlar baş tutacaq”
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib. AYNA xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb.
Siyartonun sözlərinə görə, sabah birgə iqtisadi komitə, biznes forum və enerji məsələləri ilə bağlı danışıqlar baş tutacaq.