Hələlik xəsarət alanlar barədə məlumat yoxdur
Ukraynanın Lvov vilayətində yerləşən “Krasnoye” dəmiryolu stansiyası Rusiya ordusunun raket hücumuna məruz qalıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.