Luqansk bütövlükdə Rusiya ordusunun nəzarətinə keçib

Dünya

03.07.2022 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Şoyqu bu barədə Putinə məruzə edib

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün, 2022-ci il iyulun 3-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinə Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunması barədə məruzə edib", - məlumatda vurğulayıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-dən Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adı ilə işğalçı müharibəyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş