Belarus Prezidentinin namizədliyi qeydə alınıb
Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək növbəti seçkilərdə dövlət başçısı vəzifəsinə namizəd kimi qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə qərar respublika Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yayımlanan iclasında qəbul edilib.
MSK-nın məlumatına görə, Lukaşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsinin dəstəklənməsi üçün tələb olunan 100 min seçici imzası etibarlı olub.
Beləliklə, Lukaşenko yeddinci dəfə Belarus Prezidenti postuna namizəd olub. 2020-ci ildə keçirilən seçkilərdə rəsmi nəticələrə əsasən, o, 80,1 faiz səs toplayaraq qalib olmuşdu.