"Eskalasiyanı dayandırmaq üçün danışıqlar masası arxasına oturmaq lazımdır"
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanı Minskdə danışıqlara dəvət edib. AYNA xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, eskalasiyanı dayandırmaq üçün danışıqlar masası arxasına oturmaq lazımdır.
Eyni zamanda, o bildirib ki, müzakirə olunacaq məsələlər əvvəlcədən razılaşdırılmasa, Moskva heç vaxt Kiyevlə danışıq masası arxasına əyləşməyəcək.
“Ukrayna ilə bağlı iki-üç sual var. Birincisi, Ukraynanın demilitarizasiyası, Ukraynanın NATO-ya üzv olmasının qarşısının alınması və "Donetsk" və "Luqansk"a qarşı hərbi əməliyyatların dayandırılmasıdır”, - Lukaşenko bildirib.
Belarus Prezidenti onu da deyib ki, Ukraynanın hərbi rəhbərliyi "Donbassı qorumaq" üçün Rusiyanın xüsusi əməliyyat keçirməsi ehtimalı ilə bağlı xəbərdar edilib.