Los-Ancelesdə etirazçılar 23 mağazanı qarət ediblər

Dünya

11.06.2025 - 16:17

cedabet dərman SEO Xidməti

Aksiya iştirakçıları şəhərdə 23 pərakəndə satış müəssisəsini qarət edib

Los-Ancelesdə ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etirazlar davam edir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, aksiya iştirakçıları şəhərdə 23 pərakəndə satış müəssisəsini qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurublar.

Los-Anceles meri Karen Bass “Fox News” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında etirazçıların gecə saatlarında 23 mağazanı talan etdiklərini və şəxsi əmlaka ciddi ziyan vurduqlarını deyib. O, həmçinin şəhərin mərkəzindəki bir çox binanın hücuma məruz qaldığını, həmçinin vandalların divarları, yolları və abidələri boyalarla rənglədiyini bildirib.

Los-Anceles Mərkəzi Şəhər Assosiasiyasının baş direktoru Nella Makoskerin sözlərinə görə, müəssisələrə dəyən zərərin milyonlarla dollar olduğu təxmin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş