Liviya ordusu yeni əməliyyata başlayıb

Dünya

06.06.2020 - 16:22

Liviya ordusu “Zəfər yolları” adlı yeni hərbi əməliyyata başlayıb

 

Liviya ordusu Sirte, Cufra Hərbi Hava Bazası və ətraf əraziləri ələ keçirmək üçün “Zəfər yolları” adlı yeni əməliyyata başlayıb. AYNA xəbər verir ki, bu barədə Liviya ordusunun sözcüsü Məhəmməd Qanun açıqlama verib.

 

Məlumata görə, bu gün səhər saatlarında başlayan əməliyyat nəticəsində Liviya ordusu Tarhunə şəhərində Haftarın rəhbərlik etdiyi birləşmiş qüvvələri məğlubiyyətə uğradıb və yaraqlıların Bəni Vələd şəhərinə qaçdığı bildirilib. Bununla yanaşı, əməliyyat nəticəsində Giryan şəhəri də Liviya ordusunun nəzarətinə keçib. 

 

Lakin Bəni Vələd şəhərinin meri son açıqlamasında Haftar qüvvələrinin şəhəri tərk etdiklərini vurğulayıb.

Müəllif: Ayna.az