Liviya hökumətindən Haftara qarşı əməliyyat

Dünya

23.04.2020 - 18:05

Məcai Haftar qüvvələrini hədəfə aldıqlarını və üç silahlı vasitəni işə saldıqlarını bildirib

 

Liviyada hökumət qüvvələri ölkənin şərqində Xəlifə Haftarın başçılıq etdiyi qanunsuz silahlı qüvvələrə qarşı əməliyyat başladıb. A

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Milli Barışıq Hökumətinin sözcüsü Mustafa Əl-Məcai açıqlama verib.

 

Məcai paytaxt Tripolinin cənub-şərqində Haftar qüvvələrini hədəfə aldıqlarını və üç silahlı vasitəni işə saldıqlarını bildirib.

 

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Xüsusi Nümayəndəliyinin paylaşdığı rəqəmlərə görə, Haftar qüvvələrinin bu yaxınlarda Tripoliyə etdiyi hücumlar nəticəsində 5 nəfər ölüb, qadın və uşaqlar da daxil olmaqla 28 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş